Avropa İttifaqının Azərbaycanla bağlı layihəsi Vilnüsdə müzakirə olunub

 

19-26 yanvar tarixində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Litvanın paytaxtı Vilnüsdə səfərdə olub. Heyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, AvstriyaLitva ekspertlərinin koordinasiyası ilə həyata keçirilən "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi" adlı tvinninq layihəsi çərçivəsində 4-cü komponentin müzakirəsi ilə əlaqədar görüşlərdə iştirak edib.

Səfər zamanı Avropa SPA Assosiasiyası, Litva Kənd Turizmi Assosiasiyası, Litva Respublikasının Ekologiya Nazirliyi, Druskininkay TurizmBiznes İnformasiya Mərkəzi, Druskininkay Bələdiyyəsi və s. təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Turizm marketinqi, kurort planlaşdırılması, Litvada kənd turizmi və digər turizm növlərinin inkişaf tendensiyaları, turizmin inkişafında kurort assosiasiyalarının rolus. mövzularda müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti УAdventurФ beynəlxalq turizm sərgisini və Vilnüs Universitetini ziyarət edib, Litvanın iqtisadiyyat naziri, Druskininkay şəhər merinin müavini, Birştonas şəhərinin meriLitva Kurortlar Assosiasiyasının prezidenti, Litva Turizm Palatası, MehmanxanaRestoranlar Assosiasiyasının prezidentləri və turizm sahəsində digər vəzifəli şəxslərlə görüşüb.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 4.