Görkəmli bəstəkar Şəfiqə Axundovanın xatirəsi yad edildi

 

Yanvarın 27-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 90 illik yubileyinə həsr edilən tədbir keçirildi.

Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Xanım Abdinova açaraq Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Şəfiqə Axundovanın bənzərsiz yaradıcılığından danışdı. Bildirdi ki, böyük yaradıcılıq yolu keçən bəstəkar zəngin irsi ilə həmkarlarından daima fərqlənib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova korifey sənətkarın yaradıcılığından söhbət açdı. Qeyd olundu ki, dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı, müsəlman Şərqinin ilk opera yazan qadın bəstəkarı olan Şəfiqə Axundovanın yaradıcılığı hələ neçə-neçə musiqişünasın diqqətini cəlb edəcək. Gözəl mahnıları neçə-neçə nəsil müğənnilərin repertuarını bəzəyəcək.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın Gəlin qayası operası, Ev bizim, sirr bizim operettası, bir-birindən gözəl, yaddaqalan Lay-lay, Nədən oldu?, Mehriban olaqs. lirik mahnıları ilə ürəkləri fəth etdiyini, bir çox sənət adamlarının püxtələşməsində böyük rol oynadığını bildirdi.

Çıxışlar muzeyin materialları əsasında hazırlanan slayd-şou ilə müşayiət olundu.

Sonra Xalq artisti, professor, tarzən Ramiz Quliyevin, Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynovanın, istedadlı gənc vokalçı Ramil Qasımov və başqalarının ifasında bəstəkarın əsərlərindən parçalarlirik mahnılar səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 5.