Turizm xidmət sektorunda yeni standartlar

 

Xəbər verdiyimiz kimi, Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi tərəfindən Mehmanxanalara mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər dövlət standartı (AZS 755-2014) təsdiq edilib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qurum daha iki sənədi - Xilasedici jiletlər. Texniki şərtlər Qida əlavələri dövlət standartlarını da təsdiq edib.

Xilasedici jiletlər. Texniki şərtlər dövlət standartı (AZS 756-2014) Dənizdə insan həyatının mühafizəsinə dair 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın müvafiq tələblərinə uyğun hazırlanıb. Qida əlavələri dövlət standartı (AZS CODEX STAN 192-2014) beynəlxalq Codex General Standart for Additives standartı əsasında tərtib edilib. Standarta Qida Əlavələri üzrə Birləşmiş FAO/WHO Ekspertlər Komitəsi (JECFA) tərəfindən təhlükəsiz hesab edilən Beynəlxalq Rəqəm Sistemi (İNS) tərəfindən nömrə verilmiş qida əlavələri daxil edilib. Normativ sənəddə qida əlavələrinin istifadəsinin ümumi prinsipləri, qida əlavələrinin qida məhsullarına daxil edilməsi, qida məhsullarının kateqoriyaları sistemi haqqında informasiyalar yer alıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 9.