Ölkəmiz Xorvatiyada “ViroExpo-2014” sərgisində təmsil olunub

 

Yanvarın 24-dən 26-dək Xorvatiyanın Virovitiça şəhərində bu ölkənin İqtisadiyyat, Turizm, Regional İnkişafAvropa İttifaqı fondları nazirliklərinin birgə dəstəyi ilə şirkət, sənət və kənd təsərrüfatı yarmarkası - “ViroExpo -2014” keçirilib.

700-dən çox şirkətin iştirakı ilə keçirilən sərgidə Xorvatiya Respublikasında akkreditə olunmuş 20-dən artıq ölkənin, o cümlədən Azərbaycan Respublikasının səfirliyi iştirak edib.

Azərbaycan üçün ayrılmış stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, xalçalarımız barədə nəşrlər, “Azərbaycan ixrac kataloqu- 2013”, ölkəmiz haqqında xorvat dilinə tərcümə olunmuş kitabçalar, “ADA” Universiteti proqramları, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumatlar, Qarabağ münaqişəsinə dair materiallar nümayiş etdirilib. Azərbaycandan bəhs edən videofilmlər göstərilib, ziyarətçilərə milli şirniyyatlarımız paylanılıb.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 9.