Ankarada türk dünyası bəstəkarlarının əsərləri səslənib

 

Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının təşəbbüsü ilə Türkiyənin müxtəlif şəhərlərində Türk dünyası müasir klassik musiqisinin şah əsərləri adlı konsertlər keçirilir. Yanvarın 24-də Ankaradakı Gənclik Parkı Mədəniyyət Mərkəzində gerçəkləşən konsertdə azərbaycanlı solist Nigar Cəbiyeva və türkiyəli sənətçi Selva Erdener Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin müşayiəti ilə türk dünyası bəstəkarlarının operalarından ariyaları ifa ediblər.

Pyotr Qribanovun dirijorluğu ilə keçən konsertdə Azərbaycan bəstəkarları Qara Qarayev, Niyazi və Fikrət Əmirovun əsərləri də səsləndirilib. Növbəti konsertlər 25 yanvarda Əskişəhərdə, ayın 26-da isə Bursada keçirilib.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 10.