Türkvizyonun azərbaycanlı qalibi Hazar World jurnalında

 

Xəzər Strateji Araşdırmalar İnstitutunun Türkiyədə türk, ingilis rus dillərində nəşr etdirdiyi Hazar World jurnalının yanvar nömrəsində Türkvizyon beynəlxalq mahnı müsabiqəsinin qalibi olan azərbaycanlı Fərid Həsənovdan bəhs edilib. Türkvizyonun ilk ünvanı: Eskişehir sərlövhəli məqalədə bildirilir ki, müsabiqə türk dünyasından 300 milyon insanı ekran qarşısına toplayıb.

Yarışmanın türk dünyasının müasir musiqisinin dünyada tanıdılması və türkdilli xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi, 24 təmsilçinin qatıldığı yarışmada azərbaycanlı Fərid Həsənovun qalib olduğu vurğulanır.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 12.