Xalq artistinin 70 illiyi qeyd olunub

 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında sənət ocağının aparıcı aktyoru, Xalq artisti Məzahir Süleymanovun 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Yaradıcı kollektivin, aktyorun sənət dostlarının iştirak etdiyi tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov, baş rejissor, Əməkdar artist Firudin Məhərrəmov, Xalq artisti Valeh Kərimov, Əməkdar artist Nizaməddin Bağırov, həmçinin Vasif Məmmədov, Mövsüm Hüseynov və başqaları yubilyarı təbrik edərək, ona xoş arzularını çatdırıblar.

Çıxış edənlər yubilyarın yaratdığı obrazlar qalereyasından söz açıb, onun özünəməxsus oyun üslubu ilə seçilən aktyor olduğunu deyiblər.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 6.