Məhəmməd Əmin Rəsulzadənin dövlətçilik tariximizdə rolu

 

   Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialında Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın dövlətçilik tarixində rolu mövzusunda dəyirmi masa keçirilib.

170 nömrəli məktəbin şagirdləri ilə birgə keçirilən tədbirdə Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti, yaşadığı ictimai-siyasi mühit haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Rəsulzadənin Bir kərə yüksələn bayraq, bir daha enməz! ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub. 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan öz müstəqilliyini elan edib və üçrəngli bayrağımız yenidən Vətən səmasında dalğalanmağa başlayıb.

Nərimanov rayon MKS-nin mərkəzi kitabxanasında da oxucularla Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə mövzusunda söhbət təşkil edilib. Mövzu çərçivəsində sərgi nümayiş etdirilib. Tədbirdə kitabxananın kollektivi ilə yanaşı, Gənc turist klubunun üzvləri və 139 nömrəli orta məktəbin şagirdləri də iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 12.