Turizm İnstitutunda dəyirmi masa

 

   Azərbaycan Turizm İnstitutunda (ATİ) Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri - Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. Tədbiri institutun tədris işləri üzrə prorektoru Eldar Aslanov açaraq Azərbaycan Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 22 noyabr tarixli sərəncamının tariximizi şərəfləndirən şəxsiyyətlərə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb. 

İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfiqarlı çıxışında Məhəmməd Əmin Rəsulzadənin tarixi xidmətlərindən danışıb, onun zəngin publisistik irsi olduğunu diqqətə çatdırıb. Professor Şirməmməd Hüseynovun elmi araşdırmalarına görə, təkcə 1903-1920-ci illərdə Azərbaycan dövri mətbuatında Rəsulzadənin 1200-dən artıq məqalə, müsahibə və çıxışı dərc olunub.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 12.