Rəsulzadənin 130 illiyinə həsr edilmiş konfrans

 

   Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) görkəmli dövlət xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Məhəmməd Əmin Rəsulzadə haqqında sənədli film nümayiş etdirilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov böyük dövlət xadiminin 130 illik yubileyi ilə bağlı ölkə Prezidentinin sərəncamının əhəmiyyətindən danışıb, Məhəmməd Əmin Rəsulzadənin həyat fəaliyyəti barədə fikirlərini bölüşüb.

Qeyd olunub ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazıblar

Konfransda professorlar Etibar Nəcəfov Azərbaycanın ictimai-siyasi fikrində Məhəmməd Əmin Rəsulzadənin yeri, Musa Quliyev Azərbaycan istiqlal hərəkatı Məhəmməd Əmin Rəsulzadə, dosentlər Rahib Əkbərov Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd Əmin Rəsulzadənin rolu, Rəna Bayramova Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti mövzularında məruzələrlə çıxış ediblər

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 12.