Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrlərinin təqdimatı

 

   Yanvarın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrlərinin təqdimatı keçirilib. Ötən il muzey tərəfindən V.Samedov. Kaspiyskiy Neftenalivnoy flot (1874-1917) monoqrafiyası, Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında kitabı, Milli Azərbaycan Tarixi Muzeyi - 2013, Nəsib bəy Yusifbəyli - milli istiqlal və dövlətçilik mücahidi, Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu III Respublika elmi konfransının materialları, Milli Azərbaycan Tarixi Muzeyinin Nadir kitablar fondunun biblioqrafik göstəricisi (I cild, 1728-1860), XIX əsr - XX əsrin birinci yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri məqalə topluları nəşr olunub

Tədbirdə həmçinin muzeyin hazırladığı Əziz Əliyev, Qarabağ xalçaları, Bakı, Şirvan, Quba xalçaları, Azərbaycan süfrəsinin mis qabları, Azərbaycanda kağız pul nişanları və qiymətli kağızlar, Bakının teatr həyatı, Azərbaycanın arxeoloji qızıl və gümüş əşyaları kataloqları da təqdim edilib.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 15.