Turizm informasiya mərkəzlərinin elektron təbliğatı gücləndirilir

 

Azərbaycana gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə hazırda ölkə üzrə 9 turizm informasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlər paytaxt Bakıda, Naxçıvan Muxtar Respublikasında, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Gəncə, Şəki və Lənkəranda yerləşir.

Turizm informasiya mərkəzləri tərəfindən bölgələrin turizm potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir. Nazirliyin dəstəyi ilə turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanır və müxtəlif dillərdə turistlərin xidmətinə verilir. Artıq üç mərkəzin www.guba.travel, www.sheki.travel, www.zagatala.travel internet saytları fəaliyyətdədir. Həmçinin facebook sosial şəbəkəsində bütün turizm informasiya mərkəzlərinin səhifəsi yaradılıb.

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 6.