Mehmanxanaturizm şirkətlərinə lisenziya verilib

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında "Holiday İnn Baku", "Farley" istirahət mərkəzi (Xaçmaz rayonu, Meşəli qəsəbəsi) və "Şirvan" mehmanxanasına (Şamaxı şəhəri) mehmanxanamehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 321-ə çatıb.

Mart ayında nazirlik tərəfindən həmçinin 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Bunlar aşağıdakı şirkətlərdir:

"Greenvvich Travel Club" Məhdud Məsuliyyətli Cəmiyyəti (Bakı şəhəri), "RSP" MMC (Sumqayıt şəhəri), "Bakıtrans" MMC (Bakı şəhəri) və "Eden travel" MMC (Abşeron rayonu, Xırdalan şəhəri). Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.

 

Mədəniyyyət.- 2015.- 1 aprel.- S. 3.