“Baku Guide” bələdçi kataloqunun aprel sayında

 

Mən turistləri nəinki Novruz ərəfəsində, eyni zamanda bütün fəsillərdə Azərbaycana dəvət edirəm. Bakıda keçiriləcək ilk Avropa Oyunları bunun üçün ən yaxşı fürsət ola bilər”.

Bu fikirlər hollandiyalı turist Stefan Bauerə məxsusdur. “Baku Guide” bələdçi kataloqunun aprel sayında Novruz bayramı günlərində paytaxtımızda olmuş əcnəbi qonaqların bir neçəsinin təəssüratına yer verilib. Litva, İtaliya digər ölkələrdən gələn turistlər günü-gündən gözəlləşən Bakı şəhəri, böyük maraqla qarşıladıqları Novruz şənlikləri barədə ürək sözlərini nəşrlə bölüşüblər.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq isə nəşrə müsahibəsində bu möhtəşəm tədbirə hazırlıq işləri, bilet satışı, oyunların yayımı ilə bağlı sualları cavablandırıb. 11-18 mart tarixində ölkəmizdə keçirilənMuğam aləmi” IV Beynəlxalq Muğam Festivalı, 2-4 aprel tarixində paytaxtımızın ev sahibliyi edəcəyi XIV Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisi ilə bağlı materiallar da “Baku Guide”ın yeni sayında dərc olunub.

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyətqəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun aprel buraxılışı aktiv istirahət həvəskarı olan şəhər sakinləri turistlər üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılarla zəngindir.

Azərbaycan, ingilis rus dillərində hazırlanan nəşrdə paytaxtımızın mədəni işgüzar həyatı, aprel ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında məlumatlar, teatr konsert müəssisələrinin repertuarı, muzey sərgi salonlarının afişası oxuculara təqdim olunur. Yerli xarici film həvəskarları paytaxtımızın kino mərkəzlərində bu ay yayımlanacaq filmlər haqqında məlumat ala bilərlər.Azərbaycan mətbəxirubrikasında isə oxucular milli yeməklərimizdən olan kükünün hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi s. barədə məlumatlar yer alıb.

 

Sadiq Musa

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 9.