Günay uşaq teatr-studiyasına uğur gətirən Addımlar

 

Günay uşaq teatr-studiyası martın 25-28-də Belarusun paytaxtı Minskdə keçirilən Addımlar III beynəlxalq uşaq teatrı forumunda Azərbaycanı təmsil edib.

Teatrdan bildiriblər ki, forum Belarusdaxarici ölkələrdə teatr təhsilinin inkişaf etdirilməsi, teatr sənəti sahəsində istedadlı uşaqların və gənclərin üzə çıxarılması və dəstəklənməsi məqsədilə 2 ildən bir keçirilir. Bu il festivalda Belarus, Rusiya, Litva, Latviya, Estoniya və Azərbaycandan kollektivlər iştirak ediblər.

Nümayiş olunan tamaşalar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təşkilat komitəsinin qərarına görə, 1, 2 və 3-cü yerlərə layiq görülənlər olmayıb.

Teatr forumunda Üzeyir Hacıbəylinin Arşın mal alan əsərini təqdim edən Azərbaycan kollektivi 3 diploma layiq görülən yeganə kollektiv olub. Günay uşaq teatr-studiyasının üzvləri Ən yaxşı aktyor duetinə görə, Qəhrəmanın inandırıcı obrazını yaratma ampluasında ən yaxşı səhnə işinə görə və bütün kollektiv Klassik milli əsərin - Üzeyir Hacıbəylinin Arşın mal alan əsərinin səhnə təcəssümündə yaradıcılıq əzminə görə diplomları ilə təltif olunublar.

Azərbaycanı müxtəlif beynəlxalq müsabiqələrdə uğurla təmsil edən Günay uşaq teatrı çoxlu sayda mükafatdiplomlara layiq görülüb. Teatr nominasiyaları ilə yanaşı, həm də xoreoqrafiya nominasiyalarında bir neçə Qran-pri mükafatının sahibidir. Teatrın rəhbəri ssenarist, rejissor Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 6.