Rejissorlarımız Antalyada festivalda iştirak ediblər

 

Türkiyənin Antalya şəhərində VII Rofife Rotary Qısa Film Festivalı keçirilib.

Festivalda fəxri qonaq qismində qatılan ölkəmizi tanınmış kino xadimi Ayaz Salayev və gənc rejissor Amil Məmiyev təmsil edib.

Festival çərçivəsində Ayaz Salayev tərəfindən festival iştirakçıları üçün ustad dərsi təşkil olunub. Aralıq Dənizi Universitetində "Keçmişdən günümüzə Azərbaycan kinosu" mövzusunda keçirilən konfransda rejissorlarımız Azərbaycan kinosu ilə bağlı çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 5.