Əməkdaşlıq əlaqələri genişlənir

 

Aprelin 3-də Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Durmuş Dəvəçinin başçılığı ilə ölkəmizə səfərə gələn nümayəndə heyəti Azərbaycan TurizmMenecment Universitetinin qonağı olub. Görüşdə ATMU-nun rektoru Cəfər Cəfərov ali məktəbin tarixi, xarici əlaqələri və tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib. Dəvəçi Durmuş isə rəhbərlik etdiyi təhsil ocağının hədəflərindən danışıb. Sonda universitet rektorları Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 9.