Sağlamlıq turizmi ilə bağlı görüş

 

AİTF-2015 Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun tədbirdə iştirak edən sağlamlıq turizmi sektoru təmsilçiləri ilə görüşü keçirilib.

 

Görüşdə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi, Azərbaycan Konqreslər Bürosu, Litva Sağlamlıq Turizm Klasteri, habelə Naftalan Hotel by Rixos, Chinar Hotel & Spa Naftalan, Qafqaz Yengicə Termal Hotel və SPA, Duzdağ hotel, Qalaaltı Hotel & Spa mehmanxanaları və Uludağ turizm və istirahət kompleksinin rəhbərləri iştirak edib.

Görüş sağlamlıq turizmi üzrə fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərdən Mədəniyyət və Turizm Nazirliyinə gələn təklifləri müzakirə etmək məqsədilə təşkil olunub. Sözügedən obyektlərin maraqlarının müdafiə olunması, vahid koordinasiyanın və strategiyanın həyata keçirilməsi kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşə dəvət olunmuş Litva Sağlamlıq Turizm Klasterinin təsisçisi Qrajvidas Markus ölkəsi üzrə təqdimat edib. MİCE (işgüzar) turizmi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqsşmit bu sahədə qazandığı təcrübəni bölüşüb. Hər iki mütəxəssisin tövsiyələri dinlənilib.

Sonda sağlamlıq turizmi üzrə fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olması və müvafiq niyyət protokolunun imzalanması üçün növbəti görüşün keçirilməsi qərara alınıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 9.