AİTF sərgisi bizi yenə heyrətləndirdi

 

İştirakçılar təəssüratlarını qəzetimizlə bölüşdülər

 

Aprelin 2-dən 4-dək Bakı Expo Mərkəzində keçirilən 14-cü Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində (AİTF-2015) 42 ölkədən 371 şirkət, hotel, istirahət və müalicəvi turizm mərkəzi təmsil olunurdu. 17 ölkə sərgiyə öz milli stendi ilə qatılmışdı. Ekspozisiyada ölkəmizin turizm imkanlarının təqdimatına da geniş yer ayrılmışdı. Sərgi iştirakçılarının bir neçəsi təəssüratlarını qəzetimizlə bölüşdülər.

 

Elvira Gehl (İsveçrənin Open Up Travel şirkətinin AvropaAmerika ölkələri üzrə meneceri):

- Biz AİTF sərgisinin veteranları sayılırıq. Bu sərgi fəaliyyətə başladığı ildən onun daimi iştirakçısıyıq. Təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, bu, iştirakçısı olduğum sərgilər arasında ən peşəkar və yaxşı təşkil olunmuş sərgilərdən biridir. Buna görə təşkilatçılara öz minnətdarlığımı bildirirəm.

Şirkətimiz İsveçrədə rusdilli turistləri qəbul edən ən təcrübəli turoperatorlardan biridir. Son vaxtlar azərbaycanlı turistlər də İsveçrəyə böyük maraq göstərirlər. Məqsədimiz bütün arzu edənlər üçün bu gözəl ölkə boyu səyahətlər təşkil etməkdir. Open Up Travel şirkəti turoperator kimi Avstriya, Almaniya, Fransa, İtaliya, ÇinMeksika kimi ölkələrlə də əməkdaşlıq edir.

 

Gülbuta Babayeva (Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri):

- Azərbaycanda bütün mineral su bulaqlarının 60%-dən çoxu Naxçıvanda cəmləşib. Muxtar respublika əsrlər boyu insanlara sağlamlıq bəxş edən təbii sərvətləri ilə məşhurdur. Stendimizin qonaqlarına bölgənin bu sahə üzrə imkanları barədə məlumat veririk. Duzdağ fizioterapiya mərkəzi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da çox məşhurdur. Zəvvar turizmibizim üçün az əhəmiyyət kəsb etmir. Dünyanın hər yerindən zəvvarları cəlb edən dini-mədəni abidələr kompleksi - Əshabi-Kəhf İlandağ və Nəhəcir dağları arasında, təbii mağarada yerləşir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə Xatun məqbərəsi orta əsrlər memarlığının şah əsəri hesab olunur. Naxçıvanda mədəni-tarixi turizmin inkişafı üçün geniş imkanlar yaradan ümumilikdə 1200-dən çox tarixi abidə və 29 muzey var.

 

Fərşad Bexafarin (İranın Turizm, Mədəni İrs və Sənətkarlıq Təşkilatında peşə bölməsinin təmsilçisi):

- Ölkəmizin zənginliyini hər kəsə nümayiş etdirmək üçün AİTF- 2015 sərgisinə qatılmışıq. Stendimizdə əhalisi əsasən azərbaycanlılardan ibarət olan və mərkəzi Təbriz şəhəri sayılan şimal-şərqi İranın gəzməli-görməli yerləri barədə geniş məlumat verilir. Təbrizdə bir sıra mədəni, təbii və tarixi abidələr var. Bu bölgə öz milli sənətkarlıq sahələri, ədviyyatları, habelə müalicəvi otları və gözəl xalçaları ilə məşhurdur. Təbrizdəki qədim qapalı bazar 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.

Regionumuzun turizm baxımından cazibədarlığı onun gözəl təbiəti və ekologiyası ilə də bağlıdır. Dağ turizmialpinizm inkişaf edir, velosiped marşrutları və at belində səyahət get-gedə daha da məşhurlaşır. Burada regionumuzun tibbi turizm sektorunu da təqdim edirik. Bölgəmizdə Sareyn kurortu isti bulaqları ilə məşhurdur. Şimali İranın ən məşhur gəzməli-görməli yeri duzlu Urmiya gölüdür. Bu gölUNESCO-nun dünya irs siyahısına daxildir.

 

Xayrul İzvan Mohd Esa (Tourism Malaysiya şirkətinin direktor köməkçisi):

- Bakı sərgisi mənim İstanbuldaya Moskvada iştirak etdiyim analoji tədbirlərlə müqayisədə daha dolğun və maraqlı keçir. Ötən il biz AİTF-2014 sərgisində milli stendlə çıxış edirdikqeyd etməliyəm ki, sərginin nəticələrindən razı qalmışıq. Azərbaycanlı turistlər Malayziyanın öz qonaqlarına təklif etdiyi imkanlarla yaxından maraqlanırlar. Bu, heyrətamiz təzadlar ölkəsidir - nəhəng göydələnlərin yanında dirəklərin üzərində inşa edilmiş kiçik evlər, beşulduzlu hotellərin yanında qədim qayalıqlar ucalır. Dağ sərinliyini isti qumsal çimərliklər və tropik meşələri əvəz edir. Bu il Malayziyada Festivallar ili elan edilibbu baxımdan 2015-ci il bizim üçün parlaq tədbirlər və rəngarəng bayramlarla yadda qalacaq.

 

Rodolfo Milesi (Argentinanın Branding Latin America Group şirkətinin rəhbəri):

- AİTF sərgisində ikinci dəfə iştirak edirik. Belə sərgilər Argentina ilə Azərbaycan arasında turizm əlaqələrini daha da genişləndirəcək. Müasir Bakı ölkənizin qədim tarixə malik olması argentinalılarda böyük maraq yaradıb. Biz argentinalı turistlərin bu ecazkar diyarı yaxından tanıması üçün lazımi işlər görməliyik. Bunun üçün bu sərgini mən bir fürsət kimi dəyərləndirirəm.

Sərgi çərçivəsində azərbaycanlı həmkarlarımızla mühüm görüşlərimiz nəzərdə tutulub.

 

Anastasiya Skrınnikova (Slovakiyanın Gold SPA Turçianskie Teplitse müalicə kurortunun satış üzrə meneceri):

- AİTF sərgisində ilk dəfə iştirak edirik. Sərgi çox yüksək səviyyədə təşkil olunub bizi yaxşı mənada heyrətləndirdi. Qızıl kurort da adlandırılan Turçian Avropanın ilk ən məşhur turizm mərkəzlərindən biridir termal mineral bulağın yanında yerləşir. Stendimizdə Turçian istisu kurort mərkəzi, yerli mineral suların müalicəvi xüsusiyyətləri, habelə burada keçirilən proseduralar barədə ətraflı məlumat verilir. Biz istəyirik ki, bizim mərkəzi daha çox sayda azərbaycanlı ziyarət etsin. Həmçinin Azərbaycanın turizm təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik.

 

Nuriye Küreci (Adenya Hotels & Resort hotelinin (Türkiyə, Alanya) inzibatçı köməkçisi):

- Bu, bizim Bakıdakı turizm sərgisində ilk iştirakımızdır. Məqsədimiz Adenya hoteli barədə geniş auditoriyaya məlumat verməkdir. Beşulduzlu kurort kompleksi olan Adenya Hotels & Resort dəbdəbəli interyeri ekzotik dizaynı ilə seçilməklə yanaşı, gözəl istirahət arzusunda olanlar üçün ideal məkandır. Kompleksin özəlliyi onun islam dininin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsidir. Kompleks Alanya şəhərində, Aralıq dənizi sahilindəki kiçik yarımadada yerləşir. Açıq havada yerləşən qapalı üzgüçülük hovuzları, habelə kişi qadın sektoruna bölünmüş çimərlik zonası qonaqlarımızın ixtiyarındadır. Qonaqlara hotelin restoranlarında İslam dininin tələblərinə uyğun olaraq hazırlanmış geniş çeşidli yeməklər təklif olunur. Sərginin ilk günü xeyli sayda görüş keçirdik hotelimizə böyük maraq olduğunu müşahidə etdik. Sevindirici haldır ki, təkliflərimiz fərdi istirahətin tərəfdarı olan sərgi ziyarətçiləri azərbaycanlı turistlər tərəfindən müsbət qarşılanır.

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 7.