Üzeyir Hacıbəylinin milli lad sistemi musiqi tədrisində

 

Gənc musiqiçi ifaçıların respublika festivalı

 

Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında mövzusunda I respublika festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.

 

Açılışda əvvəlcə Üzeyir bəyin Bayatı-Şiraz ladında bəstələdiyi Azərbaycan Dövlət himni orqanın müşayiəti BMA-nın məktəb-studiyasının birləşmiş xorunun ifasında səsləndirilib.

BMA-nın rektoru, SSRİ Azərbaycanın Xalq artisti, festivalın münsiflər heyətinin sədri Fərhad Bədəlbəyli iştirakçıları salamlayıb, festivalın məramı barədə danışıb. Qeyd edib ki, festivalla əlaqədar Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov tərəfindən adaptasiya olunmuş musiqi məktəbləri şagirdləri üçün nəzərdə tutulmuş Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları adlı dərs vəsaiti nəşr olunub. Bundan sonra şagirdlər 1-ci sinifdən başlayaraq Avropa major-minor lad sistemi ilə yanaşı Azərbaycan xalq musiqisinin əsaslarını öyrənəcəklər.

Milli Məclis sədrinin müavini Bahar Muradova belə bir mərasimində iştirakından məmnunluğunu bildirib: Bu gözəl musiqi məbədində dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Mən düşünürəm ki, bu ruhlar şaddır. Çünki bu festivalda iştirak edən uşaqlar milli musiqimizi dərindən öyrənərək onu beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər. Vitse-spiker festivalın əhəmiyyətini Üzeyir Hacıbəylinin əsasını qoyduğu milli lad sisteminin tədrisinin vacibliyini vurğulayıb.

Festivalın mədəniyyət, musiqi tariximiz üçün əlamətdar yubileylərə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçılara uğurlar arzulayıb. Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü dəstəyi ilə, eləcə Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır.

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin musiqi nəzəriyyəsinin böyük rolundan danışıblar. Çıxışlarda qeyd olunub ki, gənc nəsildə Azərbaycan musiqisinin incəliklərinin öyrədilməsi istiqamətində BMA-nın nəzdindəki məktəb-studiyanın əvəzsiz rolu var. Məktəb-studiyanın direktoru, festival layihəsinin bədii rəhbəri, professor Seyidovun bu işdə böyük əməyi var.

Festivalın ilk günü xor nominasiyasında Bakı, Sumqayıt, Ağcabədi musiqi məktəbləri kollektivlərinin çıxışları olub. Çıxışları SSRİ Azərbaycanın Xalq artisti, professor Fidan Qasımova, Xalq artisti, professor Gülbacı İmanova digər nüfuzlu münsiflər qiymətləndirib. Laureat adına Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoru (xormeyster Z.Nurullayeva), Cövdət Hacıyev adına 3 -li uşaq musiqi məktəbinin Renessans xoru (bədii rəhbər M.Orucova, xormeyster N.Səmədova), Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət məktəbinin xoru (xormeyster F.Xəlilova), Ağcabədi şəhər uşaq musiqi məktəbinin xoru (xormeyster M.Əliyeva) layiq görülüblər.

Aprelin 10-dək davam edəcək festivalda bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı başqa nominasiyalar üzrə iştirakçıların çıxışları da qiymətləndiriləcək. Festivala paytaxtla yanaşı, Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala digər regionlardan gənc musiqiçi ifaçılar qatılıb.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 6.