Qarşılıqlı əməkdaşlıq kitabxanaların zənginləşməsinə zəmin yaradır

 

Aprelin 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalandı.

 

Milli Kitabxanada gerçəkləşən mərasimdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov qurumun 30 ölkənin milli kitabxanası ilə əməkdaşlıq etdiyini vurğuladı. Bildirdi ki, imzalanacaq memorandum yeni əlaqələrin təməlini qoyacaq. Qeyd olundu ki, Milli Kitabxananın ərəb ölkələri ilə də əlaqələri mövcuddur. Misirİordaniya ilə imzalanmış sənədlər qarşılıqlı informasiya mübadiləsinə imkan yaradır.

Kərim Tahirov Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq sənədinin əhəmiyyətindən də danışdı. Bildirdi ki, kitabxanada Mərakeş haqqında az sayda ədəbiyyat var və inanırıq ki, bu saziş sayəsində ədəbiyyatların sayı ildən-ilə artacaq.

Sonra AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss KhrouzMilli Kitabxananın direktoru, professor Kərim Tahirov memorandumu imzaladılar.

Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək orta əsrlərdə ədiblərimizin ərəb dilində yazıb-yaratdığını diqqətə çatdırdı. O, institutun fondunda 40 mindən çox əlyazma nüsxəsinin olduğunu, bunların içərisində ərəb dilində materialların üstünlük təşkil etdiyini dedi. Akademik memorandumun qarşılıqlı əməkdaşlığa, kitabxanaların zənginləşməsinə imkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz rəhbərlik etdiyi kitabxana haqqında məlumat verdi. Bildirdi ki, kitabxananın fondunda bir sıra dillərdə nadir kitablar, o cümlədən 30 mindən çox qədim əlyazma var.

Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami iki ölkə arasındakı münasibətlərdən danışdı, müəllifi olduğu kitabları və Mərakeş şairlərinin türk dilinə tərcümə olunmuş əsərlərini kitabxanaya hədiyyə etdi.

Qeyd edək ki, memoranduma əsasən kitabbiblioqrafik resurs, təcrübə mübadilələrinin, seminar və konfransların keçirilməsi, qarşılıqlı kitab sərgilərinin təşkili nəzərdə tutulub.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 4.