Bakı Rusiya turistləri üçün populyar şəhərlər sırasında

 

2015-ci ildə Rusiya turistlərinin səfərlərinin sayına görə Bakı MDB-nin ən populyar şəhəri sırasına daxil olub.

Rusiyanın “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti 2015-ci ildə Rusiya turistləri arasında MDB-nin ən populyar şəhərlərini və ölkələrini müəyyən edib.

Populyarlıq reytinqində Belarusun paytaxtı Minsk birinci yerdədir. Ümumilikdə rusiyalıların MDB üzrə bütün səfərlərində Belarus 40 faiz, Qazaxıstan 14, Azərbaycan 10 faiz təşkil edir. “Oktogo.ru” mehmanxanaların onlayn bronlanması xidməti xəbər verir ki, turistlər Bakıya orta hesabla dörd günlüyə gəlirlər və bir sutka hoteldə qalmağa təqribən 70 dollar verirlər.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 9.