Görkəmli musiqiçinin xatirə gecəsi

 

Bakı Musiqi Akademiyasının və Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti musiqi kollektivlərinin birgə təşkilatçılığı ilə mərhum dirijor, Əməkdar incəsənət xadimi, professor Azad Əliyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbirdə musiqişünas Ceyran Mahmudova sənətkarın yaradıcılığından danışıb. Digər çıxış edənlər Azad Əliyevin mənəvi irsimizə diqqət və qayğısından, unudulmuş əsərlərə yeni həyat verməsindən söhbət açıblar.

Xatirə gecəsində Azad Əliyevin vaxtilə dirijorluq etdiyi əsərlərdən ibarət diskin təqdimatı maraqla qarşılanıb.

Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov vaxtilə mərhumun sevdiyi, musiqisi Cahangir Cahangirova, sözləri İslam Səfərliyə məxsus УAlagözФ mahnısını ifa edib.

Sonra Niyazi adına simfonik orkestrin müşayiəti ilə konsert proqramı təqdim olunub. Konsertdə Cavad Tağızadənin dirijorluğu ilə Qərbi Avropa və Azərbaycan klassik musiqiləri səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 5.