Beynəlxalq təcrübə mübadiləsi inkişafa təkan verir

 

Mədəniyyət və turizm naziri Böyük Britaniyanın ViktoriyaAlbert Muzeyinin direktoru ilə görüşüb

 

Aprelin 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın ViktoriyaAlbert Muzeyinin direktoru, professor Martin Rot ilə görüşdü.

 

Qonağı salamlayan nazir Azərbaycanın mədəni həyatında baş verən yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barədə danışdı, bu ilin ən mühüm tədbirlərindən olan III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edəcək.

Azərbaycanda muzey işinin təşkili, bu sahənin yenidən qurulması istiqamətində görülən işlər və yeni inşa edilən muzeylər barədə məlumat verən nazir qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğuladı. Bu əlaqələrin təkcə sərgilər vasitəsilə deyil, eyni zamanda muzey texnologiyalarının yenilənməsi, təcrübə mübadiləsi və ümumilikdə muzey işinin inkişafı istiqamətində layihələrlə həyata keçirilməsinin vacibliyi qeyd olundu.

Qonağın artıq ikinci dəfə ölkəmizə gəldiyini deyən Əbülfəs Qarayev bu səfəri ViktoriyaAlbert Muzeyi ilə Azərbaycan muzeylərinin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm mərhələ kimi dəyərləndirdi. Səfərin bu sahədə çalışan yerli mütəxəssislərin beynəlxalq təcrübədən bəhrələnməsinə töhfə verəcəyi bildirildi.

Nazir həmçinin Azərbaycanın iştirak etdiyi beynəlxalq sərgilərdən, o cümlədən “YARAT” Müasir İncəsənət Mərkəzinin həyata keçirdiyi tədbirlərdən danışdı. Mərkəzin muzeylərlə əlaqədar yeni layihələrlə çıxış etdiyini deyən nazir qarşılıqlı əlaqələrin inkişafında yeni ideyaların ortaya çıxmasından məmnunluğunu ifadə etdi.

Martin Rot ölkəmizə Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı kitab”ının 50 illik yubileyinə həsr edilmişBu gün burada” adlı sərgi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Bakıya dəvət olunduğunu diqqətə çatdırdı, səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, Londonda keçirilən ikinci beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşünü də məmnunluqla xatırladı. Qeyd etdi ki, Azərbaycana ikinci səfərinin daha məhsuldar olacağından əmindir və keçirəcəyi görüşlər zamanı qarşılıqlı əməkdaşlıq, mübadilə ilə bağlı yeni razılaşmalar əldə edəcəyinə ümidvardır.

Səfər çərçivəsində Azərbaycan XalçaMilli İncəsənət muzeylərini ziyarət edəcəyini bildirən qonaq tarixi məkanlarımız və Lahıc haqqında məlumatlı olduğunu da dedi.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirildi.

Sonda Əbülfəs Qarayev ViktoriyaAlbert Muzeyinə Qarabağın “Bəhmənli” xalçasının surətini hədiyyə etdi. Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı, toxunma tarixi – “Hicri 1346 Nargilə xanım” yazısı həkk olunub.

“Bəhmənli” xalçalarının naxışları XV əsrdən Azərbaycanda toxunmağa başlayan məşhur “Əjdahalı” xalçalarının interpretasiyasıdır. Azərbaycana tarixi İpək Yolu vasitəsilə gələn “Əjdahalı” naxışları xalça sənətinin inkişafında mühüm rol oynayıb. Hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunub.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 3.