Azərbaycan turizminə həsr olunmuş yeni reklam çarxları

 

Azərbaycan regionlarının tanıdılması, ölkədaxili turist səfərlərinin artırılması, xüsusilə paytaxt sakinlərinin istirahətinin təşkili zamanı turizm imkanları geniş olan regionlardan istifadəsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni 45 saniyəlik 2 reklam çarxı hazırlanıb. Ölkəmizi tanımaq və bölgələrimizə səfər etmək şüarı ilə hazırlanan reklam çarxlarının Azərbaycan televiziya kanallarında, müxtəlif sosial şəbəkələrdə yayımlanmasına start verilib. Reklam çarxlarını aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=WEA3uShlfos;

 

https://www.youtube.com/watch?v=TDyhjHi6Qm8

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 10.