Azərbaycan Konqreslər Bürosunun diqqətində

Ölkəmizdə işgüzar turizmin təşviqi ilə məşğul olan Azərbaycan Konqreslər Bürosu növbəti təlimini Rusiyanın turizm bazarının öyrənilməsinə həsr edib. Büronun üzvlüyündə olan mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər üçün təlim aprelin 13-də "Fairmont Baku" mehmanxanasında keçirilib.

Xarici ekspert xanım Helen Lloydun iştirakı ilə təşkil olunan təlim ölkəmizin turizm bazarında çalışan 30-dan çox mütəxəssisi bir araya gətirib. İştirakçılar Rusiyanın səyahət bazarının əsas göstəriciləri, Rusiyanın Görüşlər Sənayesi (biznes turizmi) bazarının strukturu və zəmini barədə məlumatlandırılıblar.

Təlim iştirakçıları qruplara bölünərək rusiyalı səyahətçilərin ölkəmizə cəlb olunması yolları, Bakıda rusiyalı qonaqlar üçün maraqlı olacaq görməli yerlər və adət-ənənələr barədə müzakirələr aparıblar.

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 8.