Şəki məktəblilərinin uğurları

Xəbər verdiyimiz kimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130, Bakı Musiqi Akademiyasının yaranmasının 75 və BMA-nın nəzdində orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının 35 illiyinə həsr olunmuş “Azərbaycan milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı respublika festivalı keçirilib.

Şəkinin uşaq musiqi məktəblərinin şagirdləri də festivalda uğurla iştirak edərək mükafatçılar sırasında yer alıblar. Şəki şəhər 2, 3, 4 saylı uşaq musiqi məktəblərinin tar və fortepiano ixtisası üzrə şagirdlərindən bir qrupu festivalın laureatı, diplomantı olublar, bir şagird isə festivalın sertifikatı ilə təltif edilib.

 

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 15.