Tələbələrin bədii yaradıcılıq festivalı

Aprelin 15-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən bədii yaradıcılıq festivalının universitet üzrə yekun konserti keçirilib. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) birgə qərarı ilə təşkil olunan festivalda ölkəmizin dövlət və qeyri-dövlət ali məktəblərinin tələbələri iştirak edirlər.

ADU üzrə yekun konsertdə təhsil ocağının “Dalğa” qrupunun ifasında milli rəqslərimiz təqdim olunub. Parisin Sorbon Universitetində keçirilən “Mədəni mübadilə” adlı festivalın iştirakçısı olan tələbələr festivalda təqdim etdikləri proqramı nümayiş etdiriblər.

Festival qaliblərinin yekun konsertinin mayın birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 12.