«Rixos Azerbaijan» hotellərinin yaz kampaniyası

 «Rixos Azerbaijan» hotellər qrupuna daxil olan mehmanxanalar yaz kampaniyasına başlayıb. Bu barədə məlumat verən hotellər qrupunun satış meneceri İlkin Rüstəmovun sözlərinə görə, kampaniyaya «Rixos Şamaxı» və «Rixos Quba» hotelləri qoşulub.

Mayın 31-dək (9-11 may tarixi xaric) davam edəcək kampaniya çərçivəsində «Rixos Şamaxı»da iki nəfər 89 manata, «Rixos Quba»da isə 99 manata istirahət edə bilər. Qiymətə səhər yeməyi, uşaq əyləncə proqramlarından, fitness və SPA mərkəzlərindən istifadə daxildir. 6 yaşına qədər uşaqlar üçün pul ödənilmir.

 

 Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 9.