Səttar Bəhlulzadənin ev-muzeyində Beynəlxalq Mədəniyyət Günü

Səttar Bəhlulzadənin ev-muzeyində Əmircan qəsəbə Mədəniyyət evi ilə birlikdə 15 aprel - Beynəlxalq Mədəniyyət Gününə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət evinin direktoru Afaq Bayramova bu günün tarixi haqqında məlumat verib, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsindən söhbət açıb.

S.Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova tədbirin böyük rəssamın evində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, S.Bəhlulzadənin Azərbaycan və dünya təsviri sənət xəzinəsini zənginləşdirən geniş yaradıcılığından danışıb.

Sonra qonaqlar ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.

Mədəniyyət.- 2015.- 17 aprel.- S. 5.