İraq səfiri ATMU-nun qonağı olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov İraqın ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakla görüşüb. Rektor qonağa tədris ocağının fəaliyyəti, xarici əlaqələrin inkişafı barədə məlumat verib.

Sonra səfir universitetdə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb, onlara beynəlxalq münasibətlər sistemində İraqın rolu və yeri, Azərbaycan-İraq münasibətləri haqqında danışıb, tələbələrin suallarını cavablandırıb.

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 6.