Floridada türk mədəniyyəti festivalında ölkəmiz də təmsil olunub

ABŞ-ın Florida ştatının Hollivud şəhərində, “Young Circle” parkında XIII ənənəvi türk mədəniyyəti festivalı keçirilib. Festivalda Azərbaycanı Töhfə Eminovanın rəhbərliyi ilə Floridanın Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası təmsil edib.

Assosiasiyanın stendində Azərbaycanın coğrafi və tarixi xəritələri, ölkəmizin turizm potensialı haqqında məlumatlar təqdim olunub. Milli geyimlər geyinmiş assosiasiya və Azərbaycan icması üzvləri festivalın qonaqlarına ölkəmizin tarixindən, mədəniyyətindən, mətbəxindən danışıblar.

Ənənəvi festival Türkiyənin, Azərbaycanın və digər türk ölkələrinin mədəni sərvətlərini nümayiş etdirmək məqsədi daşıyır.

 

Mədəniyyət.- 2015.- 15 aprel.- S. 16.