“Xəyallar içində”

Milli Konservatoriyada müəllif gecəsi

 

Aprelin 20-də Azərbaycan Milli Konservatoriyasında musiqiçi, konsertmeyster, tədris ocağının müəllimi Mahirə Quliyevanın müəllif konserti keçirildi.

“Xəyallar içində” adlı gecədə musiqiçinin həyat və yaradıcılığı, bəstələdiyi musiqilər, şeirləri və təsviri sənət nümunələri, Azərbaycan bəstəkarlarının əsərlərinin xalq çalğı alətləri üçün işləmələri təqdim edildi.

Tədbirdə çıxış edən Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi Mahirə Quliyevanın pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək ona işlərində uğurlar arzuladı. Müəllif gecəyə qatılan hər kəsə təşəkkürünü bildirdi.

Konsert proqramında gənc ifaçılar müəllifin instrumental əsərlərini səsləndirdilər.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 5.