Bethovenin əsərləri səsləndirilib

Bakıda Alman-Azərbaycan Mədəniyyət Birliyi-Kapellhausda dahi bəstəkar Lüdviq van Bethovenin anadan olmasının 245-ci ildönümü münasibətilə konsert keçirilib. Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin, əməkdar artistlər Sahib Paşazadə və Rəsul Abbasovun ifasında konsert proqramı təqdim olunub. Gecədə Bethovenin “9-cu sonata”, “Kreutzer” və digər tanınmış əsərləri səsləndirilib.

Mədəniyyət.-  2015.- 24 aprel.- S. 5.