“Misir dünya uşaqlarının gözündə”

Rəsm müsabiqəsinin azərbaycanlı qalibləri mükafatlandırılıb

 

Bakıdakı Misir Mədəniyyət Mərkəzində 2012/2013-cü illərdə Misir Ərəb Respublikasında keçirilən “Misir dünya uşaqlarının gözündə” mövzulu rəsm müsabiqəsində uğur qazanan azərbaycanlı gənc istedadların mükafatlandırılması mərasimi olub.

Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi Misirdə hər il ənənəvi olaraq keçirilən bu beynəlxalq rəsm müsabiqəsinin məqsəd və əhəmiyyətindən danışıb.

Bakı Rəsm Qalereyasının rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Pərvinə Əfəndiyeva iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Müsabiqədə iştirak edən 15 azərbaycanlı gənc istedad Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki qızıl, iki gümüş medala və sertifikatlara layiq görülüblər.

Tədbirdə ölkəmizi bu rəsm müsabiqəsində təmsil edən Sumqayıt şəhəri, Quba, Lənkəran, İsmayıllı və digər rayonların incəsənət məktəblərindən olan qaliblər, həmin məktəblərin nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 4.