Turizm və Menecment Universitetində «ESDL info» günü

Azərbaycan Turizm və Menecment Universitetində «ECDL info» günü çərçivəsində təqdimat-görüş keçirilib. Universitetin turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini, layihənin koordinatoru Flora Ələsgərova bildirib ki, Avropa İttifaqının «TEMPUS» proqramının 5-ci çağırış «E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) milli operator və test mərkəzlərinin yaradılması» layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biri də Azərbaycan Turizm və Menecment Universitetidir. Layihənin şərtləri əsasında bu ilin fevralından universitetdə fəaliyyətə başlayan yeni test mərkəzi müasir texniki avadanlıqlarla təchiz edilib.

Təqdimat-görüşdə ECDL Azərbaycan layihəsinin baş koordinatoru Üzeyir Bağırov tədbir iştirakçılarına kompüter bilikləri və beynəlxalq sertifikat proqramına dair ətraflı məlumat verib.

 

Fəxriyyə

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 4.