Xalq şairinin 90 illiyinə həsr olunmuş gecə

Aprelin 21-də Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Xatirə gecəsi şairin həyat və fəaliyyətini əks etdirən foto-slaydın nümayişi və müəllifin öz dilindən Axı dünya fırlanır şeirinin səsləndirilməsi ilə başlanıb.

MKS-nin şöbə müdiri Rübabə Zahirova söz ustadının yaradıcılığı haqqında danışıb. Muğam ifaçısı Telli Eyyubova şairin sözlərinə bəstələnmiş mahnıları ifa edib. Şəhər 5 nömrəli və Çiləgir kənd tam orta məktəblərin şagirdlərinin ifasında Gülüstan və Muğam poemalarından parçalar, 4 saylı məktəbin müəllimi Solmaz Hacıbalayeva, Balaqusar kənd orta məktəbinin müəllimi Ceyhun Ağabəyov, yerli yazarlardan Müzəffər Sakit və Məhbubə Ağayevanın ifasında şairin şeirləri səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 12.