“Action Asia” jurnalında Azərbaycanın qış turizmi haqqında məqalə

Honq Konqda nəşr olunan "Action Asia" jurnalında Şahdağ Turizm Mərkəzi haqqında məqalə yayımlanıb. Məqalənin müəllifi amerikalı jurnalist Cimmi Peterson Azərbaycana səfəri, Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-Yay Turizm Kompleksi haqqında təəssüratlarını bölüşüb.

Jurnalist Şahdağ Turizm Mərkəzində yaradılan şəraitlə yaxından tanış olduğunu və dünyanın 49 ölkəsində xizək sürməsinə baxmayaraq, Şahdağın bunlar arasında xüsusi yer tutduğunu bildirib. O, yaxın gələcəkdə Azərbaycanın Şahdağ Turizm Mərkəzinin Koreya və digər Asiya ölkələrindəki kimi xizəksürmə üçün məşhur məkan olacağına inandığını qeyd edib.

Səfər zamanı Azərbaycan əhalisinin qonaqpərvərliyi qonağı heyran edib və bu barədə məqalədə geniş bəhs edilib.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 9.