Ölkəmiz Koreyada səyahət sərgisində təmsil olunub

Koreya Respublikasının Qyencu şəhərində XIII Dequ-Qyenbuk səyahət sərgisi keçirilib. Sərgidə 200-dək yerli və xarici səyahət şirkəti, yerli turizm təşkilatları, həmçinin bu ölkədə akkreditə olunmuş səfirliklər iştirak ediblər.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə ayrıca köşklə təmsil olunub. Azərbaycan köşkündə milli xalça nümunələri, musiqi alətləri, fotoşəkillər, milli geyimlər, Azərbaycan mədəniyyətinə dair suvenir və əşyalar nümayiş olunub. Həmçinin səfirliyin təşəbbüsü ilə ölkəmizin turizm və istirahət məkanları, tarixi abidələri barədə Koreya dilində hazırlanan müxtəlif broşürlər sərgi iştirakçılarına paylanılıb. Azərbaycanın köşkünü ziyarət edən Qyonsanbuk əyaləti qubernatorunun müavini xanım İn-Seon Liyə ölkəmiz haqqında məlumat verilib.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 9.