“Humay”ın 25-ci təqdimatı

 

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti və “Humay” Milli Mükafatı Akademiyası tərəfindən təsis olunan “Humay” milli mükafatının 25-ci təqdimat mərasimi keçirilib.

Teatr nominasiyasında Yuğ Dövlət Teatrının aktyoru Qasım Nağıyev, kino nominasiyasında “Nabat” bədii filminin rejissoru Elçin Musaoğlu, ədəbiyyat nominasiyasında İlham Bədəlbəyli, musiqi nominasiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev və “Qaya” adlı ömür” kitabına görə Rauf Babayev və Nazim Məmmədov “Humay” mükafatına layiq görülüblər.

Müasir İncəsənət Muzeyində uğurla keçirilən “Daş” adlı fərdi sərgisinə görə Hüseyn Haqverdi təsviri sənət, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Nadejda İsmayılova jurnalistika, Azərbaycan televiziyasının inkişafına verdiyi töhfələrə görə teleoperator Aydın Mansurova televiziya nominasiyalarında təltif olunublar.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 7.