Gənc ifaçılar “Qələbə yolları”nda

Aprelin 27-də Qazaxıstanın paytaxtı Astanada II Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Qələbə yolları” adlı beynəlxalq gənclər festivalı başlanıb. Aprelin 30-dək davam edəcək tədbirdə ölkəmiz də təmsil olunur. Festivalın qala-konsertində Azərbaycan Dövlət Xor Kapellasının gənc solistləri, beynəlxalq və respublika müsabiqələr laureatları Leyla İbrahimova və Ərəstun Quliyev iştirak ediblər. Gənc iştirakçılar vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 2.