Almaniyada opera sənəti festivalı

 

Almaniyanın Bavariya vilayətində ənənəvi Qut-İmmlinq opera sənəti festivalı başlayıb. Bu il festivalda 40-dək ölkədən kollektivlər, vokalçılar, dirijorlariştirak edir.

Azərbaycan Dövlət Akademik Opera  Balet Teatrının simfonik orkestri də artıq səkkizinci dəfə festivala dəvət alıb. Teatrın mətbuat xidmətindənbildirilib ki, orkestrin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyaya səfəri avqustun 11-dək davam edəcək. Musiqiçilərimiz avqustun 9-da festivalın möhtəşəm qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarlarıQara Qarayev, Fikrət Əmirov, Niyazi  Polad Bülbüloğlunun əsərləri səslənəcək

 

Mədəniyyət. Ц 2015. Ц 5 avqust. S.2.