Maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi

Avqustun 5-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, dövlət və beynəlxalq mükafatlar laureatı Niyaziyə (1912-1984) həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə maestronun mənzil-muzeyində reallaşacaq. Mədəniyyət və incəsənət xadimlərinin qatılacağı xatirə gecəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Ülviyə Hacıbəyova sənətkarın əsərlərindən ibarət silsilə musiqi nömrələri ilə çıxış edəcək.

Mədəniyyət. – 2015. – 5 avqust. S. 3.