Ana dilim şirindir

Avqustun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon parkında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə MKS tərəfindən “Ana dilim şirindir” adlı kitab sərgisi təşkil olunub. Şairə, publisist Zərəngiz Dəmirçi “Ana dilimizi sevək və qoruyaqmövzusunda məruzə ilə çıxış edib, ana dilimizə aid şeir söyləyib.

Tədbirin bədii hissəsində İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “İstedad” rəqs ansamblı, xanəndələr Mirməmməd Cavadov, Arzu Əliyeva, “Şəlalə” xalq çalğı alətləri ansamblının solistləri, V muğam müsabiqəsinin finalçısı Ülkər Orucova, Arzuman Laçınlı, “Oğuzlarfolklor xalq ansamblının solisti aşıq Elçin Rəşidoğlu, “Könülxalq rəqs ansamblı, mərkəzin “Poeziya” teatrının üzvü Türkan Məmmədlinin ifaları rayon sakinlərinin zövqünü oxşayıb.

Mədəniyyət. – 2015. – 5 avqust. S12.