Füsunkar təbiət qoynunda 200 yaşlı məscid

 

Türkiyənin Rizə vilayətinin Güneysu qəsəbəsi ərazisindəki Qiblə dağının zirvəsində inşa edilən 200-dən çox yaşı olan Qiblə Dağı Məscidi əsaslı surətdə yenidən bərpa olunub.

Qəsəbənin hər yerindən asanlıqla müşahidə edilən dağın zirvəsində qərar tutan məscid bir il beş aya hazır vəziyyətə gətirilib. Möhtəşəm turizm məkanı kimi tanınan ərazidə yerləşən məscidin ətrafında gözəl parklar salınıb, insanların istirahəti üçün hər cür şərait yaradılıb.

1800-cü ildə Moşula Məhməd və Kuş Əhməd tərəfindən inşa edilən məscid yanğın nəticəsində dağılıb və 1960-cı ildə Yusif Yılmaz tərəfindən bərpa olunub. 2010-cu ildə isə hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məscidin binası yenidən qurulub.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 11.