Musiqi təhsili sahəsində əmək fəaliyyətinə görə

 

İkram Manafov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb

 

Musiqi təhsili sahəsində fəaliyyətinə görə və 50 yaşının tamam olması münasibətilə Abşeron rayon Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Atabala oğlu Manafov Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri fərman"ı ilə təltif olunub və mükafatlandırılıb.

İkram Manafov 30 ildən çoxdur ki, mədəniyyət və musiqi təhsili sahəsində çalışır, 2001-ci ildən Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. O öz vəzifə borcunun öhdəsindən bacarıqla gəlir, daim yüksək peşəkarlıq nümayiş etdirir, çalışqanlığı, işgüzarlığı, təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilir. İ.Manafov məktəbdə təlim-tərbiyə prosesinin təşkili, istedadlı uşaqların üzə çıxarılması və beynəlxalq əməkdaşlıq sahəsində əhəmiyyətli aparır. Məktəbin şagirdləri respublikadaxarici ölkələrdə keçirilən müxtəlif mədəni tədbirlərdə, müsabiqə və festivallarda fəal iştirak edirlər. İ.Manafovun müəllim və ifaçı kimi fəaliyyəti də təqdirəlayiqdir.

2006-cı ildə dövlət başçısının sərəncamı ilə İ.Manafov "Tərəqqi" medalı ilə təltif edilib.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 4.