Almaniyada mədəniyyətimizin təbliği

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Resurs Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıdılması layihəsinin icrası başa çatıb.

Şuradan verilən məlumata görə, layihə Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin tərkib hissəsi olan musiqi və ədəbiyyat nümunələrinin Almaniyanın Duysburq şəhərində təbliği, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından bəhs edir.

Layihə çərçivəsində muğam konsertləri, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş dəyirmi masalar təşkil edilib, azərbaycanlı və türk icmalarının nümayəndələri ilə görüşlər keçirilib. Eyni zamanda mədəniyyət və incəsənətimizə dair buklet, flayer, təqvim və digər çap materialları vətəndaşlara paylanılıb.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 3.