Gürcüstanın azərbaycanlı jurnalistləri

 

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində Gürcüstanın azərbaycanlı jurnalistləri kitabının təqdimatı keçirilib. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü və təşkilatçılığı ilə nəşr edilən kitab Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunub.

GAJB-nin sədri, kitabın müəlliflərindən Nizami Məmmədzadə çıxış edərək nəşrdə milli mətbuatımızın tarixi, keçdiyi şərəfli yolson üç əsrdə bu ölkədə fəaliyyət göstərən jurnalistlər barədə məlumatların yer aldığını bildirib.

Kitabın digər müəllifi, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, yazıçı-publisist Əli Abbas və başqaları kitabın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi ilə işıq üzü gərən kitabın gələcək nəsillər üçün Gürcüstanda yaşayan və fəaliyyət göstərən jurnalistlər haqqında əsas məlumat mənbəyi olacağı bildirilib.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 3.