“Babək” Belarus telekanalında nümayiş etdirilib

Kinorejissor Eldar Quliyevin 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı “Babək” bədii filmi Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ən çox izlənilən “Belarus 3” kanalında (rus dilində) iki gün ərzində nümayiş etdirilib.

Belarusun aparıcı telekanallarında və mətbuatında mütəmadi Azərbaycan haqqında filmlər və məqalələr yerləşdirilir. Hər il bu ölkənin müxtəlif qəzet və jurnallarında Azərbaycan haqqında onlarla məqalə dərc olunur, telekanallarında isə il ərzində 50 saatdan artıq efir vaxtı alınır.

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 2.