“Azərbaycan rəngləri”

 

Dövlət Rəssamlıq Akademiyası “Azərbaycan rəngləri” mövzusunda rəsm müsabiqəsi elan edib. Müsabiqədə 5 yaşından 25 yaşınadək peşəkar və həvəskar rəssamlar iştirak edə bilərlər. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı əsərlər Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində “Azərbaycan həftəsi”nə həsr olunmuş payız sərgisində nümayiş olunacaq.

Rəsm əsərləri oktyabrın 1-dən 10-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinə təqdim olunmalıdır. Eyni zamanda əsərlərin fotosunu, adını, müəllifin ad və soyadını qeyd etməklə coloursofazerbaijan@gmail.com elektron ünvanına göndərmək olar.

Müxtəlif janrtexnikada çəkilmiş rəsm əsərləri kətan parça üzərində işlənməli, rəsmin ölçüləri 30x40 sm-dən az olmamalıdır.

Müsabiqənin bütün iştirakçılarına sertifikat və sərginin kataloqu təqdim olunacaq. Tədbir çərçivəsində rəsmlərin xeyriyyə məqsədilə satışı da nəzərdə tutulub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 2.